Vatikandan İsrailə gözlənilməz zərbə
Qeyd edək ki, Müqəddəs Taxt-Tac BMT Baş Assambleyasının 2012-ci ildə Fələstin dövlətinin tanınması ilə bağlı qərarını alqışlayıb. Lakin müvafiq razılaşma Vatikanla Fələstin arasında bu istiqamətdə ilk hüquqi sənəddir və rəsmi diplomatik tanınmanı əks etdirir.
“Bəli, bu, belə bir dövlətin mövcudluğunun tanınması deməkdir” - deyə Vatikanın mətbuat katibi Federiko Lombardi məsələyə münasibət bildirib.
İsrail XİN-in bu xəbərə reaksiyası gecikməyib. Qurum Vatikanın bu addımından təəssüfləndiyini bildirib.