Ermənistanda tələbə böhranı: hamı xaricə qaçır

Ermənistanda tələbə böhranı: hamı xaricə qaçır
  13 May 2015    Oxunub:2776
Rəsmi statistikaya əsasən, 2014-2015-ci il tədris ilində Ermənistanın dövlət və özəl ali məktəblərində bakalavr pilləsində təhsil alan tələbələrin sayı 79 min 623 nəfər olub.

Müqayisə üçün bildirək ki, ötən tədris ilində (2013-2014) bakalavr pilləsində 85 min 922 nəfər təhsil alıb. Yəni, son bir ildə Ermənistan universitetlərində təhsil alan tələbələrin sayı 6 min 299 nəfər azalıb.
Bu barədə AzVision.az Ermənistanın “Jovohurd” qəzeti xəbər yayıb.

Qəzet bu faktı son illər Ermənistanda qeydə alınan böyük miqrasiya tempi ilə əlaqələndirib.

“Son dörd ildə Ermənistanda orta miqrasiya göstəricisi təxminən 40 min nəfərdir. Bu isə fəsadsız ötüşə bilməzdi. Əgər yaxın gələcəkdə miqrasiya tempi aşağı düşməsə, onda tələbələr və gələcək mütəxəssislərin sayı azalacaq və Ermənistanda təhsilli və keyfiyyətli mütəxəssislər problemi yaranacaq. Miqrantların da bir hissəsi Ermənistanda ali təhsil alan gənclərdir”, - deyə qəzet vurğulayır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti