`Qarabağ heç vaxt Ermənistanın olmayacaq` - Rusiyalı siyasi ekspert

`Qarabağ heç vaxt Ermənistanın olmayacaq` - Rusiyalı siyasi ekspert
  13 May 2015    Oxunub:2278
"Azərbaycanla Ermənistan arasında münaqişənin 20 ildən çox davam etməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin olmadığını göstərir. Atəşkəsin elan olunmasından 21 il vaxt keçib. Bu müdət ərzində atəşkəs hallarının pozulması saysız hesabsızdır. Nəticədə tərəflərdən çoxlu sayda hərbçi və mülki insan itkiləri olub. Dağlıq Qarabağ heç bir zaman Ermənistanın tərkib hissəsi olmayacaq".
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın tanınmış politoloqu, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko bildirib.

Rusiyalı siyasi ekspertin fikrincə, bütün dünya Azərbaycanın güclü orduya sahib olduğunun bilir: “Amma müharibə meydanında qələbə çalmağa heç kimə icazə verməyəcəklər. Çünki bu, heç kimə lazım deyil. Nəzərə alsaq ki, bu gün dünyada ərazi bütövlüyü və suverenitet kimi problemlər mövcuddur. Bu, Ukraynada, Cənubi Qafqazda və Yaxın Şərqdə böyük problem olaraq qalır. Hamısında ərazi bütövlüyü və suverenitet problemi əsasdır".

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini şərh edən Aleksey Malaşenko bildirib ki, onların prinsipi Dağlıq Qarabağda yeni müharibənin baş verməməsi üçün danışıqların davam etdirilməsinə səy göstərməkdi: “Nə qədər çox danışıqlar, bir o qədər az müharibə təhlükəsi..." Bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsas "devizi"dir".


Teqlər:





Xəbər lenti