Putinlə görüşdən əvvəl Kerriyə xəbərdarlıq

Putinlə görüşdən əvvəl Kerriyə xəbərdarlıq
  12 May 2015    Oxunub:2085
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Görüşdə, həmçinin Lavrov da iştirak edəcək. Nazir və dövlət katibi öz danışıqlarının nəticələri barədə prezidenti məlumatlandıracaq”, - deyə Peskov vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, görüşün gündəliyi olduqca zəngin olacaq. Peskov vurğulayıb ki, sanksiyalar mövzusu gündəmdə deyil: “Əgər bizim həmsöhbətimiz bu mövzunu qaldırsa, onda biz öz mövqeyimizi ortaya qoyacağıq”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti