Səfirmiz ermənipərəst jurnalisti ifşa etdi

Səfirmiz ermənipərəst jurnalisti ifşa etdi
  12 May 2015    Oxunub:1815
Argentinanın "Clarin" qəzetinin beynəlxalq siyasət bölməsinin redaktoru Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Qatı ermənipərəst mövqeyi ilə tanınan Marselo Kantelminin 25 aprel tarixində həmin qəzetdə "Dağlıq Qarabağa, heç kimin tanımadığı ölkəyə səfər" adlı məqaləsi də dərc olunub.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin buna cavab məktubu "Clarin" qəzetinin 8 may nömrəsində bəzi hissələr çıxarılaraq dərc olunub.

Diplomat bildirir ki, Azərbaycan hökumətinin icazəsi olmadan ölkənin işğal olunmuş ərazilərinə səfər qeyri-qanunidir. Bu barədə dəfələrlə yazılarının dərc olunmasına baxmayaraq Kantelmi həmin ərazilərə növbəti dəfə qanunsuz səfər edib, Azərbaycan qanunlarını və beynəlxalq hüququ pozub. Diplomat vurğulayır ki, Marselo Kantelminin öz məqaləsində Ermənistanın müharibədə geniş şəkildə iştirakı, bölgədə bu gün azərbaycanlıların yaşamaması, Şuşada iki minarəsi dağıdılmış məscidin xarabalıqları və Dağlıq Qarabağa hər şeyin Ermənistan tərəfindən təmin olunması kimi faktaları etiraf edir. Bu isə birmənalı şəkildə sübut edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, etnik təmizləmə, Azərbaycanın mədəni-tarixi irsinin məhv edilməsi siyasətini həyata keçirib. Qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün yaratdığı oyuncaq rejimdir.

Diplomat əlavə edir ki, müəllif tərəfindən müharibədən əvvəl bölgədə azərbaycanlılar ilə ermənilərin sülh içində yaşaması faktının da qeyd edilməsi göstərir ki, ermənilərin məlum iddialar irəli sürmələri üçün heç bir tutarlı əsası yoxdur. Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı Ermənistanın öz qonşularının ərazisi hesabına “Böyük Ermənistan” xülyasını həyata keçrimək planının tərkib hissəsidir.

Səfirin məktubunda Marselo Kantelminin cavab qeydləri də yer alıb və bununla jurnalist özünün Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni girişi ilə bağlı əməlinə məntiqsiz formada haqq qazandırmağa çalışıb. Buna cavab olaraq Azərbaycan səfiri dərhal "Clarin" qəzetinə növbəti məktub ünvanlayıb və məsələ ilə bağlı səfirlik tərəfindən mətbuata açıqlama verilib. Mətbuat açıqlaması ilə ispan və Azərbaycan dillərində müvafiq olaraq BURADANBURADAN tanış olmaq mümkündür.

Qeyd edək ki, Argentinanın erməni icmasının radikal mövqeyi ilə seçilən "Prensa Armenia" mətbuat agentliyi də öz tərəfindən açıqlama dərc edərək M.Kantelminin müdafiəsinə qalxıb. Azərbaycan səfirinin məktublarına cavab olaraq Azərbaycan hökumətinin argentinalı jurnalistləri təqib etdiyini bildirib. Həmçinin bu yaxınlarda Telam, Tiempo Argentino, Pefil kimi Argentina KİV-lərinin nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərindən sonra Azərbaycanın Argentinadakı Səfirliyinin gördüyü müvafiq tədbirlərə qarşı etirazını bildirib.


Teqlər:





Xəbər lenti