Avtobus dərəyə aşdı – 23 ölü

Avtobus dərəyə aşdı – 23 ölü
  11 May 2015    Oxunub:1566
Hindistanda dəhşətli yol qəzası baş verib.
AzVision.az “TASS”-a istinadən verdiyi məlumata görə, hadisə Cammu və Kəşmir vilayətində baş verib.

Belə ki, sərnişin avtobusu yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində 23 nəfər ölüb, 35-dən çox sərnişin xəsarət alıb. Xəsarət alanlardan 6-sı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti