ABŞ-da 20 erməniyə cinayət işi açıldı

ABŞ-da 20 erməniyə cinayət işi açıldı
  11 May 2015    Oxunub:1745
ABŞ-ın Kaliforniya ştatının şimal dairəsinin prokurorluğu 33 nəfər, o cümlədən 20 erməni barəsində cinayət işi açıb. Onlar dərman vasitələrinin qeyri-qanuni satışı və şəxsi məlumatların oğurlanması, sifarişli qətl də daxil olmaqla bir sıra cinayətlərin törədilməsində ittiham olunurlar.
"Report" "ArmToday" saytına istinadən xəbər verir ki, onların günahı məhkəmədə sübut olunarsa, fiqurantlar 35-95 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Qruplaşmanın əsas fiqurantları Are Karapetyan və Gevork Ter-Mkrtçyan isə ömürlük həbs cəza ala bilər.


Teqlər:





Xəbər lenti