Obama tarixə düşdü

 Obama tarixə düşdü
  09 May 2015    Oxunub:2021
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama öz hakimiyyəti dövründə 50 ştatın hamısına səfər edən 4-cü ABŞ dövlət başçısı olub.
Obamanın hakimiyyətdə olduğu 6 il yarım ərzində səfər etdiyi sonuncu ştat Cənubi Dakota olub. Burada Obama Uotertaun şəhərinin kollec tələbələri qarşısında çıxış edib.

Bu region Respublikaçılar partiyasının istinadgahı hesab edilir və artıq uzun illərdir demokratlara səs vermir.

Obamadan qabaq 50 ştatın hamısına səfər edən ABŞ prezidenti isə 1969-1974-cü illərdə hakimiyyətdə olan Riçard Nikson olmuşdu. O, bütün ştatlara 3 ildən az müddətdə səfər etmişdi. (Ans)


Teqlər:  





Xəbər lenti