`Azərbaycan Avrasiya Birliyi ilə əməkdaşlıq imkanlarına baxır`

`Azərbaycan Avrasiya Birliyi ilə əməkdaşlıq imkanlarına baxır`
  09 May 2015    Oxunub:2307
"İran, Azərbaycan, Hindistan və Monqolustan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq imkanlarına baxırlar. Türkiyə isə Avrasiya İqtisadi Birliyi ilə ticarət müqaviləsi bağlamaq arzusunda olduğunu bildirib".
Bunu Kremldə keçirilən Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasının iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

"İndiki mərhələdə bizim potensial tərəfdaşımız Türkiyə ola bilər. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bir müddət əvvəl bizim ölkədə səfərdə olarkən Avrasiya İqtisadi Birliyi ilə ticarət müqaviləsi bağlamaq arzusunu dilə gətirdi. Bunu öyrənmək lazımdır",-deyə Qazaxıstan prezidenti qeyd edib.

O, Qazaxıstana səfər edən İran xarici işlər nazirinin də Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq etməyə maraq göstərdiyini söyləyib: "Başqa ölkələr də var. Misal üçün Hindistan, Monqolustan, Azərbaycan var. Bütün bunlara baxmaq lazımdır". (Apa)


Teqlər:





Xəbər lenti