“Seçkidə uduzsam, siyasətdən gedəcəyəm” - Davudoğlu
Baş nazir Türkiyənin müxalifət liderlərinə çağırış edərək bildirib ki, qarşıdan gələn parlament seçkilərində AKP-yə uduzsalar siyasəti tərk etsinlər.
`Buradan Dəmirtaşa, Kılıçdaroğluna, Baxçalıya çağırış edirəm, bildirirəm ki, əgər biz seçkini uduzsaq, səhəri gün mən siyasəti tərk edəcəyəm. Siz kreslolarınızı buraxmağa hazırsınızmı? Bizim üçün kreslo dünya malıdır`.
AzVision.az