Səfirlərin öldüyü qəzanı `Taliban` üzərinə götürdü

Səfirlərin öldüyü qəzanı `Taliban` üzərinə götürdü
  08 May 2015    Oxunub:2148
“Taliban” yaraqlıları Pakistanda qəzaya uğrayan "Mi-17" helikopterinə görə, məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Terrorçular helikopterin göyərtəsində Pakistanın baş naziri Navaz Şərifin ola biləcəyini ehtimal edərək onu vurublar.
“Helikopter zenit raketi ilə vurulub, pilotlar və xeyli sayda xarici səfirlər ölüb”, - deyə Talibanın yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, helikopterin vurulması nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olub.

Ümumilikdə qəza nəticəsində pilotlar da daxil olmaqla 6 nəfər ölüb, Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar. hadisə vaxtı helikopterin göyərtəsində ümumilikdə 11 nəfər olub. Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, 37 ölkənin təmsilçisi Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinə üç helikopterdə uçurmuş.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti