Seçkidə uduzan 3 partiya sədri istefa verdi

Seçkidə uduzan 3 partiya sədri istefa verdi
  08 May 2015    Oxunub:1673
Böyük Britaniyada keçirilən parlament seçkilərində səs toplaya bilməyən üç partiya sədri istefa verib.
AzVision.az xəbər verir ki, istefa verən partiya sədrləri seçkiqabağı anketlərdə göstərilən nəticələrdən aşağı səs yığan Leyboristlər Partiyasının sədri Ed Miliband, Liberal Demokrat Partiyasının sədri Nik Kleq və Birləşmiş Krallıq Müstəqillik Partiyasının (UKİP) sədri Naycıl Faracdır.

Leyboristlər Partiyasının məğlubiyyətinə səbəb kimi üzvlərinin böyük əksəriyyətinin Şotland Milli Partiyasına (SNP) keçməsi göstərilir.

Liberal Demokrat Partiyasının sədri Nik Kleq istefa nitqində deyib ki, bu seçkilərin liberal demokratlar üçün çətin olacağı gözlənilən idi: “Parlamentdəki yerlərimizi itirmək çox ağırdır və bunun nəticələri bizim üçün gözləniləndən daha çətin olacaq”.

Məlumat üçün bildirək ki, 2010-cu il seçkilərində parlamentdə 57 yer qazanan partiyanın bu dəfəki seçkidə cəmi 8 üzvü mandat ala bilib.

UKİP sədri isə seçkidə ürəkaçan nəticə əldə edilməməsinin səbəbini seçicilərin qorxaqlaığı ilə əlaqələndirib: Seçicilər Leyborits-SNP koalisiyasından qorxduqlarına görə Mühafizəkarlar Partiyasına səs verib”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti