Türkiyə səfirini geri çağırdı - siyasi qalmaqal

Türkiyə səfirini geri çağırdı - siyasi qalmaqal
  08 May 2015    Oxunub:3157
Türkiyə Lüksenburqdakı səfirini geri çağırıb
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə xarici siyasət idarəsi yayıb. Məlumata əsasən səfirin geri çağrılmasına səbəb qondarma erməni soyqırımını tanıyan ölkələr sırasına Lüksenburqun da qoşulmasıdır.: “Biz bu qərarı qəti şəkildə pisləyirik. Hər hansı bir parlamentin beynəlxalq hüququ pozması yolverilməzdir. Rəsmi Ankara qondarma soyqırımla bağlı real sənədləri parlamentin diqqətinə çatdırıb.

Lakin bütün bunlara baxmayaraq parlament özünü hüququn carçısı hesab edərək heç bir əsası olmayan, qanunsuz sənədi qəbul etdi. Məhz bu səbəbdən Türkiyənin Lüksenburqdakı səfiri Levent Şahinkaya məsləhətləşmələr üşün geri çağrılır”.

Qeyd edək ki, Lüksenburq parlamentinin son iclasında qondarma soyqırımla bağlıı qərar qəbul olunub. Qərarda bildirilir ki, 1915-ci ildə Osmanlı torpaqlarında yaşayan ermənilərə qarşı soyqırım həyata keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan və baş nazir Əhməd Davudoğluna ermənilərə ünvanladıqları başsağlığı mesajlarına görə təşəkkür edən sənəd müəllifləri hesab edir ki, Türkiyə rəhbərliyi keçmişlə üzləşmək məsələsində cəsarətlənib.

Xatıladaq ki, Lüksenburq “erməni soyqırımını” tanıyan 22-ci ölkədir. Qondarma soyqırımı ilk dəfə 1965-ci ildə Urquvay tanıyıb. Ardınca bu sıraya 20-yə yaxın ölkə qoşulub. Bu ölkələrin arasında Rusiya, Kanada, Fransa, Britaniya, Almaniya, Braziliya, Argentina və Avstraliya da var.

AzVision.az


Teqlər:  





Xəbər lenti