“Erməni spikerlə görüş çox təhlükəlidir` - Gürcü nazir

“Erməni spikerlə görüş çox təhlükəlidir` - Gürcü nazir
  08 May 2015    Oxunub:2266
"Ermənistanın bugünkü prioritetlərini, apardığı siyasəti və hansı reallıqda yaşadığını nəzərə alsaq, Gürcüstana qarşı bu və ya digər mövzuların bundan sonra da istifadə ediləcəyi istisna olunmur"
APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN rəhbəri Tamar Beruçaşvili ötən gün parlament komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Tamar Beruçaşvili bu cür addımların arxasında ciddi və davamlı planları olan qüvvələrin durduğuna əmin olduğunu bildirib.

“Təbii ki, biz bu planların həyata keçirilməsinin və bu mövzuların spekulyasiya predmetinə çevrilməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, deyə Beruçaşvili vurğulayıb.

“Bizim səfir məsələ ilə bağlı iki dəfə Ermənistan XİN-də olub. Həmçinin Gürcüstanın baş naziri də erməni həmkarı ilə danışıqlar aparıb və onlar bu danışıqlardan sonra, demək olar ki, üzr istəyiblər. Biz hazırkı mərhələdə vəziyyəti gərginləşdirməmək üçün səfiri geri çağırmaq fikrindən vaz keçdik, lakin bu məsələ xüsusi nəzarətə götürülüb. Düşünürəm ki, bu son epizod olmayacaq. Ermənistanın bugünkü prioritetlərini, apardığı siyasəti və hansı reallıqda yaşadığını nəzərə alsaq, Gürcüstana qarşı bu və ya digər mövzuların bundan sonra da istifadə ediləcəyi istisna olunmur. Sizi əmin edirəm ki, bu məsələ xüsusi nəzarət altındadır və bu məsələ ilə bağlı biz Brüsseldə də danışıqlar aparmışıq. Bu məsələ onlar üçün də prioritetdir”, deyə Beruçaşvili qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Qalust Saakyan Cənubi Osetiya separatçı rejiminin nümayəndəsi Anatoli Bibilov ilə görüşüb.

Rəsmi İrəvan görüşün qeyri rəsmi olduğunu iddia edir.


Teqlər:





Xəbər lenti