Güclü maqnit qasırğası gözlənilir

Güclü maqnit qasırğası gözlənilir
  08 May 2015    Oxunub:2860
Günəşin fəallığını öyrənən ekspertlər təsdiq ediblər ki, mayın 12-dən 18-dək Yer kürəsində beş maqnit qasırğası gözlənilir. Bu zaman meteohəssas insanlar öz sağlamlığına diqqətlə yanaşmalı, normadan artıq işləməməlidirlər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ən güclü geomaqnit hadisələri mayın 12-15-də gözlənilir, onların təsiri, xüsusilə, mayın 12-13-də güclü olacaq. Mayın 18-də də maqnit qasırğası gözlənilir.

Maqnit qasırğaları bütün canlı orqanizmlərə təsir edir. Qan təzyiqi yüksək olan, hipotoniyadan əziyyət çəkən, insult və ya infarkt keçirmiş insanlar qasırğaların təsirinə daha meyllidir. Veqeto-damar distoniya diaqnozu olan uşaqlar da risk qrupundadırlar. Tibb işçiləri sağlamlıq durumunun profilaktikası üçün ağır işləri təxirə salmağı məsləhət görürlər.

Maqnit qarsığasının təsirini zərərsizləşdirmək üçün eleuterokok, jenşen, cır limon cövhərləri kimi preparatlar məsləhət görülür. Amma əvvəlcə həkimlə məsləhətləşmək lazımdır.


Teqlər:





Xəbər lenti