Suriya qiyamçılarına silah göndərdim - Ollanddan etiraf
O bildirib ki, silahların göndərilməsinə tam əmin olduqdan sonra başlanılıb: "Düşündük ki, silahlar nəticədə etibarlı əllərə düşəcək. Bizim xidmət orqanlarımız ağır silah çatdırmaqla məşğul olurdu. Söhbət artilleriya sistemləri, pulemyotlar, qumbaraatanlar və s silahlardan gedir. Beləliklə, 2012-ci ildə qiyamçıların silahlandırılmasına yardım göstərdik".
Onun sözlərinə görə, Avropa İttifaqının 2003-cü ilin mayınadək Suriyaya silah göndərilməsinə embarqo qərarı qüvvədə idi. Hazırda Fransa Suriya qiyamçılarına yalnız texniki vasitələr, o cümlədən gülləkeçirməz jiletlər və gecəgörmə cihazları ilə təmin edir.
(Ans)