Erməni nazir Bakıya gəlir

Erməni nazir Bakıya gəlir
  07 May 2015    Oxunub:2883
Erməni məktəbliləri bu il Bakıda keçiriləcək kimya üzrə 47-ci beynəlxalq olimpiadada iştirak edəcəklər.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Təhsil və Elm Nazirliyinin yaydığı məlumatda bildirilir ki, erməni məktəblilərin bu olimpiadada iştirakının vacibliyi nəzərə alınaraq Ermənistanın Milli Olimpiya Komandası iyulun 20-29-u Azərbaycanda səfərdə olacaq.

Hazırda Olimpiyada hazırlıqlarına başlayan komandanı Bakıda Ermənistanın Təhsil və elm naziri Armen Aşotyan müşayiət edəcəyi də bildirilir.

Xatırladaq ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası bu il iyulun 20-29-da Bakıda keçiriləcək. Olimpiadanın təşkilatçısı M.Lomonosov adına Moskva Dövlət Unversitetinin Bakı filialıdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti