Putin Kerri ilə görüşə bilər

Putin Kerri ilə görüşə bilər
  07 May 2015    Oxunub:1323
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml ABŞ dövlət katibi Con Kerrinin Soçiyə səfərini rəsmi şəkildə təsdiqlənməsini gözləyir.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

Peskovun sözlərinə görə, Kerrinin Soçiyə səfər edəcəyi təqdirdə onun prezident Putinlə görüşü baş tuta bilər.

“Hələ ki, bu söhbət səviyyəsindədir. Səfərin rəsmi şəkildə təsdiqlənməsini gözləmək lazımdır. Əgər səfər rəsmi şəkildə təsdiqlənsə və onların səfərləri qrafiklə üst-üstə düşsə, bu görüşün baş tutmasını istisna etmək olmaz”, - deyə Peskov bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti