“Separatçılar hücuma hazırlaşır” – Pentaqon rəhbəri
Onun sözlərinə görə, Rusiyanın dəstəklədiyi qüvvələr hərbi əməliyyatların yeni raunduna hazırlaşır. Bu isə Minsk razılaşmalarına ziddir.
Karter həmçinin əlavə edib ki, ABŞ radio əlaqə vasitələri, radarlar, zirehli avtomobil və digər vasitələrlə Ukrayna ordusunu dəstəkləyir. Pentaqon rəhbərinin sözlərinə görə, hazırda Rusiyaya ən çox təzyiqi iqtisadi sanksiyalar, neft qiymətlərinin aşağı düşməsi göstərir.
Eldar Tanrıverdiyev
AzVision.az