Obama Sarkisyanın dəvətini rədd etdi

Obama Sarkisyanın dəvətini rədd etdi
  07 May 2015    Oxunub:2729
ABŞ-ın vitse-prezidenti Co Bayden bu ölkədə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla birgə “erməni soyqırım”ının 100 illiyi ilə bağlı Vaşinqtonda keçiriləcək tədbirlərə qatılacaq.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Soyqırım”ın 100 illiyi ilə bağlı tədbirə ABŞ prezidenti Barak Obama da dəvət edilib. Lakin görünür Obama erməni həmkarının “soyqırım” dəvətini qəbul etməkdən imtina edib.

Qeyd edək ki, Ermənistan prezidenti ABŞ səfərindən dərhal sonra, mayın 8-i Avrasiya İqtisadi İttifaqı Şurasının iclası və Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar tədbirlərə qatılmaq üçün Moskvaya gedəcək.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti