ABŞ-ın Bakıdakı səfiri sorğu-sual ediləcək
“Feysbukdakı dostlarımızı salamlayırıq. Səfir Sekuta və səfir müavini Derek Hoqan ABŞ-da irqi zəmində yaranmış gərginlik və polis zorakılığı mövzusunda söhbətə başlamağa hazırdırlar. Öncə artıq aldığımızı sualları cavablandıracağıq və söhbət əsnasında aldığımız suallara cavab verməyə çalışacayaq.
Söhbətiminiz vaxtı ərzində cavab verə bilmədiyimiz sualları sonra cavablandıraraq səhifəmizdə yerləşdirəcəyik”, - deyə səfirliyin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Eldar Tanriverdiyev
AzVision.az