Məşhur aktyoru 10 il həbs gözləyir

Məşhur aktyoru 10 il həbs gözləyir
  06 May 2015    Oxunub:2578
Hindistan məhkəməsi Bollivud ulduzu Salman Xanı qətldə günahkar bilib.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, 2002-ci ildə Xan idarə etdiyi avtomobillə adam vurub.

Məhkəmənin qərarına əsasən hadisə zamanı aktyor sükan arxasında içkili vəziyyətdə olub. Aktyorun özü isə hadisə baş verən zaman avtomobili sürücüsünün idarə etdiyi bildirib.

Məhkəmə hələ ki işlə bağlı yekun qərar verməyib. Aktyor 10 il müddətinə həbs oluna bilər. Xanın Apelyasiya məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Salman Xan Bollivudun ən populyar aktyorlarından biridir. O, 80-dən artıq filmdə çəkilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti