İslam Kərimov da Putinə `yox` dedi
AzVision.az xəbər verir ki, bu barədə “Noviy vek” qəzeti prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Özbəkistan ərazisində bu hadisə geniş formada qeyd olunacaq, bir sıra tədbirlər keçiriləcək.
“Ölkə başçısı bu tədbirlərdə ən aktiv formada iştirak edəcək”, - deyə mənbə qəzetə bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Koreya lideri Kim Çen In, Fransa prezidenti Fransua Olland, Yaponiyanın baş naziri Sindzo Abe, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadıqlarını bildirmişdilər.
Eldar Tanrıverdiyev
AzVision.az