ABŞ Ermənistanla saziş imzalayacaq

ABŞ Ermənistanla saziş imzalayacaq
  06 May 2015    Oxunub:2336
Bu həftə Ermənistan və ABŞ ticarət və investisiyalar haqqında çərçivə sazişi imzalayacaq.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsə istinadən xəbər verir.

“Çoxdan gözlənilən bu saziş ANCA-nın prioritetlərindən biri idi. Bu saziş Ermənistan və ABŞ-da yeni iş yerlərinin, yeni iqtisadi imkanlarının açılmasına, həmçinin sabit iqtisadi artımın təmin olunmasına imkan verəcək”, - deyə ANCA sədri Ken Haçikyan bildirib.

ABŞ-ın ticarət nümayəndəsi Maykl Fromana məktubunda Haçikyan yeni sazişin 10 faydasını açıqlayıb. Onlar arasında aşağıdakılar da var:

Türkiyə və Azərbaycanın blokadası nəticəsində yaranan regional ticarət məsələlərinin dəstəklənməsi;

ABŞ İxrac-İdxal Bankı, ABŞ Ticarət və İqtisadiyyat Agentliyinin proqramlarının effektivliyinin müzakirəsi;

Diasporadan olan investisiyaların stimullaşdırılması;

Sazişin Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ səfəri çərçivəsində imzalanacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti