Medvedyevdən Azərbaycana “yaşıl işıq”

Medvedyevdən Azərbaycana “yaşıl işıq”
  06 May 2015    Oxunub:3439
Rusiya və Azərbaycan Fitosanitar Nəzarəti Xidmətləri müəyyən növ məhsulların gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması ilə bağlı protokol imzalayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Protokola əsasən, bir tərəfdə aparılan yoxlamalar digər ölkənin gömrük xidməti tərəfindən tanınacaq.

Yeni sənəd Azərbaycandan Rusiyaya aparılan canlı ağac, bitki və onların hissələri, gül, meyvə, tərəvəz və digər yemək məhsullarına şamil ediləcək.

Qəbul edilən protokol Rusiya-Azərbaycan dövlət sərhəddindən müəyyən növ məhsulların keçirilməsi prosedurunu sürətləndirəcək, həmçinin gömrük nəzarətinin effektivliyinin artırılması və Rusiya - Azərbaycan ticarətinin inkişafı ilə nəticələnəcək.

Qeyd edək ki, protokol Rusiya baş naziri Dmitri Medvedyev tərəfindən imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti