Davudoğludan Bakıya mesaj: Vizanı ləğv edin!

Davudoğludan Bakıya mesaj: Vizanı ləğv edin!
  06 May 2015    Oxunub:9703
“Türkiyə Azərbaycanla viza rejimini aradan qaldırıb. Ümid edirik ki, Azərbaycan hazırlıqlarını tamamladıqdan sonra vizanı aradan qadıracaq”.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin baş nazir Əhməd Davudoğlu İğdırda seçiçilərlə görüşü zamanı deyib.

Baş nazir Bakı-Tiblisi-Qars dəmiryol xəttinin bu il işə düşəcəyini və bu yolun qardaş Azərbaycanla gediş-gəlişi daha da asanlaşdıracağını deyib.

“Kılıçdaroğlu burada qarşı tərəfə pasportla keçməkdən danışıb. Çox gözəl. Gürcüstan ilə xarici pasportları aradan qaldırdıq, indi yalnız şəxsiyyət vəsiqəsi ilə gedib-gəlirik. Azərbaycanla da bunu istəyirik.

Türkiyə olaraq Azərbaycanla viza rejimini aradan qaldırdıq. İnşallah Azərbaycan da bütün hazırlıqlarını tamamladıqdan sonra vizaları da, xarici pasportları da aradan qaldıracaq. Bir millət, iki dövlət deyib birləşib, qucaqlaşarıq.

Amma bilmədyiniz bir şey var. Kılıçdaroğlu bunları deyərkən bilməlidir ki, bu məsələlərdə dövlətlərarası münasibət və hər iki tərəfin hazırlıqlı olması vacibdir. Biz Azərbaycana bunu təklif etdik. Başımızın üzərində yerləri var. Bütün azərilər üçün Türkiyə ana vətəndir, bizim üçün də Qafqaz dağları və Azərbaycan vətəndir”-deyə Əhməd Davudoğlu bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti