`Qarabağ kölgədə qalmamalıdır` - Anjey Kaspşik

`Qarabağ kölgədə qalmamalıdır` - Anjey Kaspşik
  05 May 2015    Oxunub:1910
“Təmas xəttində atəşkəs rejiminin pozulması halları məni çox narahat edir”
AzVision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik erməni mətbuatına müsahibəsində deyib.

O, qeyd edib ki, təmas xəttində baş verən hər bir ölüm hadisəsi faciədir: “Tərəflər atəşkəs rejimi haqqında razılaşmasına əməl etsələr, bunun qarşısını almaq olar. Eyni zamanda təmas xətti və sərhəddə öz qoşunlarının atəşkəs rejimini pozmamalarına görə məsuliyyət daşıyır".

Beynəlxalq ictimayyətin "dondurulmuş münaqişələrə" nə dərəcədə diqqət yetirdiyinə dair suala münasibət bildirən A.Kaspşik: “Vacibdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli digər yerlərdə baş verən hadisələr fonunda kölgədə qalmasın. 2014-cü ildə həmsədr ölkələr tərəfindən 3 görüş təşkil olunub və hər bir fəaliyyətdə olan sədr bu prosesi dəstəkləmək üçün müntəzəm olaraq regiona səfər edir.

Bunlara baxmayaraq, son nəticədə sülh müqaviləsinin razılaşdırılması münaqişə tərəflərinin üzərinə düşür, ATƏT-in bütün strukturları isə tərəfləri bu prosesdə dəstəkləməyə cəlb olunub".

AzVision.az


Teqlər:  





Xəbər lenti