Liberman istefa verdi
Libermanın sözlərinə görə, onun partiyası olan “İsrail bizim Ev” koalisiya razılaşmalarında istədiyi maddələri görməyib.
“Gələcək hakimiyyət milli maraqlara xidmət etməyəcək”, - deyə Liberman vurğulayıb.
Qeyd edək ki, martın 17-in İsraildə keçirilən parlament seçkilərində baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Knessetdə 120 yerdən 30-nu qazanıb.
Seçkilərdə ikinci Tsipi Livni və İtxak Herçoqun rəhbərlik etdiyi “Sionist düşərgəsi” bloku olub. O, parlamentdə 24 yer tutub. Daha sonra siyahıda isə 14 yerlə “Birləşmiş Ərəb Siyahısı” gəlir.
Eldar Tanrıverdiyev
AzVision.az