Kürd merlər Ərdoğanla görüşdən imtina etdi
Nəşr yazır ki, Batman, Siirt və Diyarbəkir merləri prezident Ərdoğanı “alçaldıblar”.
Türkiyə prezidenti ilə görüşdən imtina edən merlər, buna əsas kimi prezident Ərdoğanın son zamanlar kürd məsələsi ətrafında çox sərt ifadələr işlətməsini əsas gətiriblər.
“Bu şəhərlərdə merlər, partiyamızın üzvləri Ərdoğanla görüşdə iştirak etməyəcək və onu qarşılamayacaqlar”, - deyə Demokratik Regionlar partiyasının yaydığı məlumatda bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az