Elmar Manaflı peyzajları - QALEREYA

Elmar Manaflı peyzajları - QALEREYA
  27 May 2013    Oxunub:2253
AzVision.az Qalereya layihəsini davam etdirir. Bu rubrikada biz sizi müasirlərimiz olan Azərbaycan rəssamlarının əsərlərilə tanış edəcəyik. Növbəti qonağımız gənc rassam Elmar Manaflıdır.
Elmar Manaflı 1984-cü ildə Kürdəmir rayonunda anadan olub, orta təhsilini də orda alıb. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. İxtisasca geoloqdur və hazırda xarici şirkətdə geoloq kimi çalışır.

Rəssamlıq sahəsində təhsil almasa və özünü peşəkar rəssam hesab etməsə də həyatını rəsmsiz təsəvvür edə bilmir. Əsasən peyzaj və portret janrlarına üstünlük verib. Təbiəti və musiqini çox sevir və elə musiqidən də ilham alır.

Van Qoq, Mone, Rembrant, Ayvazovski, Levitanin, Repin, Serov və bir çox rəssamın yaradıcılığını çox sevir və öyrənməyə çalışır.

Qalereya




Teqlər:  





Xəbər lenti