“Abbas Abbasov peşkadır” – Söyün Sadıxov

“Abbas Abbasov peşkadır” – Söyün Sadıxov
  15 Aprel 2015    Oxunub:2780
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un növbədənkənar VI Qurultayı keçirilib. Qurultayda quruma yeni prezidenti, Federal Şuranın sədri və üzvləri seçilib.
Rusiya Federasiyasının regionlarından 87 nəfər nümayəndə heyəti iştirak edib. Qurultay iştirakçıları arasında səsvermə keçirilib. Söyün Sadıxov "Azərros" FMMM-in yeni prezidenti seçilib.

Federal Şuranın sədri vəzifəsinə Nizami Bəşirov seçilib. Rusiyanın regionlarından və Moskvadan ümumilikdə 49 nəfər Federal Şuranın üzvü seçilib.

Qurumun prezidenti seçilmiş Söyün Sadıxov çıxış edərək "Azərros" bundan sonra heç kəsin şəxsi mənafeyinə qulluq etməyəcəyini söyləyib: "Abbas Abbasovu müəyyən qüvvələr idarə edir, o, bu oyunlarda “peşka”dır. O, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Mən buna biganə qala bilməzdim". (Apa)


Teqlər:





Xəbər lenti