Üç ölkənin prezidenti Astanada görüşəcək

Üç ölkənin prezidenti Astanada görüşəcək
  09 Mart 2015    Oxunub:1660
Qazaxıstan, Rusiya və Belarus prezidentləri Astanda üçtərəfli görüş keçirəcək.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat katibliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, martın 13-də keçiriləcək görüşdə dövlət başçılarının ölkələrarası qarşılıqlı iqtisadi əlaqələri və beynəlxalq problemləri müzakirə edəcəyi gözlənilir.

"Prezidentlər Nursultan Nazarbayev, Vladimir Putin və Aleksandr Lukaşenko dünya iqtisadiyyatındakı inkişaf tendensiyasını və Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər", - mətbuat katibliyi vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti