Prezidentdən qara rəngli maşınlara QADAĞA
Məlumatda paytaxt Aşqabadda qara rəngli avtomobillərin texniki baxışdan keçirilməsinin dayandırıldığı bildirilir. Yanvarın ortalarında Türkmənistan KİV sahibkarlar tərəfindən ölkə ərazisinə gətirilən qara rəngli avtomobillərin gömrükdən keçirilməməsinə dair məlumatlar yaymışdılar.
Gömrük əməkdaşları öz hərəkətləriniz izah edə bilmirlər: “Ağ rəngli avtomobil alın, ağ rəng uğur gətirir”.
Qeyd edək ki, hələ 2014-cü ilin sentyabr ayında “RİA Novosti” Türkmənistan hakimiyyətindən olan mənbəyə istinadən xəbər vermişdi ki, ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov, ondan sonra isə nazirlər və rəsmilər ağ rəngli xidməti avtomobildən istifadə etməyə başlayıblar.
Eldar Tanrıverdiyev