“Suni intellekt bəşəriyyət üçün təhlükədir” – Bill Qeyts

“Suni intellekt bəşəriyyət üçün təhlükədir” – Bill Qeyts
  29 Yanvar 2015    Oxunub:2325
“Microsoft” şirkətinin yaradıcılarından biri Bill Qeyts bəyan edib ki, texnologiyaların sürətli inkişafı bəşəriyyəti narahat etməlidir.Çünki süni intellekt bizim həyatımızı dəyişə bilər.
Bu barədə AzVision.az “Businnes İnsider”-ə istinadən xəbər verir.

İnternetdə resurslardan birində Bill Qeytsə süni intellektin insan həyatına təsiri barədə sual verilib. Qeyts cavab olaraq bildirib, süni intellekt hələ ki insanlığa mane törətmir, lakin bu gələcəkdə dəyişə bilər.

“Mən super intellektin bəşəriyyəti təhdid eliyəcəyini düşünən şəxslərdənəm. Əvvəlcə maşınlar bizim əvəzimizə işləri görəcək, lakin helə də ağıllı olmayacaqlar. Lakin on illərdən sonra maşınlar ağıllanacaq ki, bu da bizim üçün problem ola bilər. Mən bunun bir çox insanları niyə narahat etmədiyinin fərqindəyəm”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti