İŞİD-dən növbəti ağlasığmaz dəhşət

İŞİD-dən növbəti ağlasığmaz dəhşət
  28 Yanvar 2015    Oxunub:5526
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mosul şəhərində 30-dan çox sakini oğurlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“İŞİD üzvləri sakinləri peşmərgə ilə əməkdaşlıqda təqsirləndirərək onları naməlum istiqamətdə aparıblar”, - deyə şəhərdən olan mənbə bildirib. Hadisə terror təşkilatı üzvlərinin şəhərdə keçirdiyi reydlər zamanı baş verib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti