Poroşenko Ukraynada matəm elan etdi

Poroşenko Ukraynada matəm elan etdi
  25 Yanvar 2015    Oxunub:2260
Ukrayna prezidenti Petro Poroşenko Mariupolda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 25 yanvarın ölkədə matım günü elan edilməsi haqqında fərman imzalayıb.
Fərman Ukrayna prezidentinin saytında yerləşdirilib.

“Terrorçuların yanvarın 24-də Mariupol şəhərini intensiv atəşə tutması nəticəsində həlak olan sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq yanvarın 25-i Ukraynada matım günü elan edilsin”, - deyə fərmanda bildirilir.

Bundan başqa, bütün Ukrayna ərazisində Ukrayna vaxtı ilə saat 12.00-da həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.

Həmçinin dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər keçirilməyəcək, bu xarakterli televiziya və radio proqramları nümayiş etdirilməyəcək.

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin yanvarın 24-də separatçılar tərəfindən “Qrad” qurğularından atəşə tutulması nəticəsində 30 dinc sakin həlak olub, 86 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaqdır.

Mariupol iqtisadi və hərbi-strateji cəhətdən həddən artıq vacib bir məntəqədir. Azov dənizinin sahilində yerləşən şəhərin yarım milyona yaxın əhalisi var. Mariupol həm iri dəniz imanı, həm də Ukraynanın vacib metallurgiya və maşınqayırma mərkəzidir. Separatçıların və Rusiya ordusunun həm iqtisadi baxımdan əhəmiyyətinə görə, həm də Krıma quru yolu açmaq üçün Mariupolu ələ keçirməyə çalışacağı barədə tez-tez fikirlər səslənir. Şəhəri Ukrayna Silahlı Qüvvələrinin bölmələri, eləcə də “Azov” alayı və “Dnepr-1” batalyonu müdafiə edir.(Apa)


Teqlər:  





Xəbər lenti