ABŞ Baltikyanı ölkələrdə hərbçilər yerləşdirməlidir – Bjezinskiy

ABŞ Baltikyanı ölkələrdə hərbçilər yerləşdirməlidir – Bjezinskiy
  23 Yanvar 2015    Oxunub:1900
ABŞ və onun tərəfdaşları Rusiyanın hücumundan qorunması üçün Baltikyanı ölkələrə hərbiçilər yerləşdirməlidir.
AzVision.az-ın “Voice of America”ya istinadən verdiyi məlumata görə, bu barədə çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Zbiqnev Bjezinskiy bildirib.

ABŞ Senatında Silahlı Qüvvələr üzrə Komitədə çıxış edən zaman Bjezinskiy Rusiyanın bir günə Riqa və Tallini tuta biləcəklərini, NATO-nun isə buna cavab verməkdə gecikə biləcəyini bildirib.

“Məhz ondan sonra biz bunun necə dəhşətli olduğunu, bu hadisəyə görə necə təəssüfləndiyimizi bildirəcəyik. Lakin təbii ki, biz heç nə edə bilməyəcəyik”, –deyə Bjezinskiy bəyan edib.

Bjezinskiy hesab edir ki, Qərb dövlətləri Ukraynaya müdafiə məqsədilə silahlar çatdırmalıdır. Bu Moskvanın Ukraynaya müdaxiləsini çətinləşdirəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti