Türkiyənin təhlükəsizliyini pozan erməni fotoqraf həbs edildi
Təhlükəsizlik orqanlarının əməkdaşları həmin ermənini tutublar. Manukyan internetdə yaydığı 12 dəqiqəlik videonu silib. Daha sonra hamıdan üzr istəyib.
Lakin onun işi bununla bitməyib, sərbəst buraxılmayıb. Atatürk hava limanının rəhbərliyi onun barəsində iddia irəli sürüb.
Hava limanının rəhbərliyi açıqlama verib ki, bu erməninin aeroportu kameraya çəkməsi və internetdə yaymasından terrorçular istifadə edə bilər. Bundan başqa pilotsuz aparat təyyarə uçuşları və enmələrində problemlər yarada bilərdi. (anspress)