Obamaya sui-qəsd hazırlanır - SENSASİYA
Məlumata əsasən ABŞ administrasiyası rəhbərinin Hindistana səfəri zamanı terrorçular ölkənin cənubundakı Mumbai meqapolisində ən çox ziyarət edilən və ən zəngin məbədlərin birində terror aktı həyata keçirməyi planlaşdırırlar. The Times of India qəzeti əsasən Siddxivinayak məbədində kütləvi qırğın törətmək məqsədi ilə şəhərə dörd təxribat qrupunun göndərildiyini yazır.
Ehtimallar arasında terrorçuların məbədin xəzinəsini ələ keçirmək niyyətində olduqları da yer alır. Bollivud ulduzlarının tez-tez ziyarət etdikləri məbədin administrasiyası hazırda zirzəmilərdə 150 kiloqramdan çox qızıl və zinət əşyalarının saxlandığını deyirlər.
Yüksək terror təhlükəsi səbəbindən Respublika günü münasibəti ilə Hindistanın paytaxtında keçiriləcək parad ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ Prezidenti Barak Obamanın da iştirak edəcəyi parad zamanı təhlükəsizliyin qorunmasına 80 min nəfərlik polis və ordu qüvvələri cəlb olunacaq, yaxınlıqdakı aeroportların fəaliyyəti müvəqqəti dayandırılacaq.