ABŞ-da daha bir zəncini polis öldürdü

ABŞ-da daha bir zəncini polis öldürdü
  22 Yanvar 2015    Oxunub:3889
ABŞ-ən Sent-Luis şəhərində polislər 19 yaşlı silahlı qaradərili sakini öldürüb. Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Polislərdən birinin eyni zamanda qaradərili polis olduğu bildirilir.

Polislər ötən ay qaçırılan qırmızlı rəngli “Chevrolet Monte Carlo” avtomobilini təqib ediblər. Sürücü idarəetməni itirərək avtomobili divara çırpıb. Polis əməkdaşları avtomobilə yaxınlaşdığı zaman əlində silah olan qaradərili gənc onları hədələyib. O, polisin silahı aşağı salmaq barədə tələbini rədd edib. Bundan sonra polis əməkdaşları onu güllələmək məcburiyyətində qalıblar.

Yerli polis şefi Sem Dotsonun sözlərinə görə, qaradərili sakin yaralanıb və xəstəxanaya aparılıb. Həmin sakin aldığı yaralardan xəstəxanada vəfat edib. Avtomobildə olan digər şəxs, sürücü isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, ötən ilin iyul ayının 17-də Nyu-Yorkda 29 yaşlı polis Deniel Pantaleo qanunsuz siqaret satışına görə, 43 yaşlı qaradərili Erik Qarneri həbs etməyə cəhd edib. Polis 6 uşaq atası Erikə boğucu fənddən istifadə edib. Nəticədə isə piylənmə və astmadan əziyyət çəkən kişi boğuluraq, vəfat edib

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti