Ukraynada qanlı döyüşlər gedir: Ölənlər var

Ukraynada qanlı döyüşlər gedir: Ölənlər var
  22 Yanvar 2015    Oxunub:1922
Son 24 saat ərzində 6 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində 6 qəhrəman hərbçimiz həlak olub, 16 nəfər isə yaralanaraq separatçılara əsir düşüb” – deyə yayılan məlumatda bildirilir.

Ölkənin şərqində qərarlaşan separatçılar isə Donetsk şəhərinə hücum zamanı 13 nəfərin həlak olduğunu bildiriblər.
Qeyd edək ki, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti