Prezidentə qarşı qətl ittihamı

Prezidentə qarşı qətl ittihamı
  22 Yanvar 2015    Oxunub:1859
Prokuror Alberto Nismanın ölümündən sonra ölkənin yüksək çinli məmurlarını ittiham edən bu insanın intihar etməsinə inanmayan etirazçılar Buenos-Ayres küçələrinə çıxıblar.

"Report" Vesti.Ru-ya istinadən xəbər verir ki, onların əksəriyyəti baş verənlərə görə Argentina prezidenti Kristina Fernandes de Kirşnerin məsuliyyət daşıdığını zənn edirlər.

Bir sıra etirazçılar isə ölkə rəhbərini açıq şəkildə ittiham edirlər: onlar "Kristina Kirşner qatildir!" şüarını səsləndirirlər.

Mərhum prokurorun qarşısında çıxış edərək prezident və xarici işlər nazirinin ünvanına öz ittihamlarını səsləndirməli olduğu hakim Patrisiya Bullriç intihar versiyasını şübhəli hesab edir, baxmayaraq ki, məhkəmə-tibbi ekspertiza bunun əksini bəyan edib.


Teqlər:





Xəbər lenti