7 ermənini öldürən rus əsgər yoxa çıxıb?

7 ermənini öldürən rus əsgər yoxa çıxıb?
  21 Yanvar 2015    Oxunub:3239
Gümrüdə erməni ailəsini qırmış rus əsgər Valeri Permyakov böyük ehtimalla artıq Ermənistanda yoxdur.
Bu fikir Ermənistanın “Lragir” portalı tərəfindən irəli sürülüb.

“Qətldən, demək olar ki, 10 gün keçib. Rusiya tərəfi əmin edir ki, istintaq birgə aparılır, amma erməni müstəntiqlər, nədənsə, müttəhimin yanına buraxılmır”, - deyə vurğulayan portal rus əsgərin Ermənistandan aparıldığını ehtimal edir.

Portal erməni deputat Martun Qriqoryanın Valeri Permyakovu öz gözləri ilə görməsi barədə xəbərə də şübhə ilə yanaşır. “O, yalnız qapıdakı deşikdən baxa bilib”, - deyə qeyd edən portal Permyakovun dindirilməsində erməni vəkilin iştirakına da şübhə ilə yanaşdığını vurğulayır.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakovu Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Amma sonradan o da ölüb.

Valeri Permyakovu isə Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib.

Etirazlar hələ də davam edir.(Ans)


Teqlər:





Xəbər lenti