“Dovşan kimi törəyib, artmayın” – Roma Papası

“Dovşan kimi törəyib, artmayın” – Roma Papası
  20 Yanvar 2015    Oxunub:6861
Roma Papası Fransisk bəyan edib ki, katoliklər “dovşan kimi” törəyib artmamalıdırlar.
AzVision.az Britaniyanın “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, Roma Papası katoliklərin məsuliyyətli valideyn olmalı olduqlarını vurğulayıb.

Roma Papası eyni zamanda jurnalistlərə açıqlamasında bildirib ki, kilsə hamiləliyin süni şəkildə dayandırılmasını qadağan edir və qoruyucu vasitələrin əleyhinədir.

Fransisk həmçinin heç bir sosial institutun ailələrə konkret uşaqların sayı ilə bağlı öz fikrini yeritmək hüququ olmadığını bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti