Qafqazlılar Parisi partlatmağa cəhd etdilər

Qafqazlılar Parisi partlatmağa cəhd etdilər
  20 Yanvar 2015    Oxunub:2259
Fransanın Ero departamentində beş Rusiya vətəndaşı terror aktının hazırlanmasında şübhəli bilinərək saxlanılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumatı departamenti prokuroru İvona Kalve də təsdiqləyib. Saxlanılan şəxslərin hamısının Şimalı Qafqazdan olduğu bildirilir.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti