Permyakovun məhkəməsi Ermənistanda keçiriləcək, Amma...

Permyakovun məhkəməsi Ermənistanda keçiriləcək, Amma...
  20 Yanvar 2015    Oxunub:2384
Gümrü şəhərində yeddi nəfərdən ibarət ailəni qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakovun məhkəməsi Ermənistan ərazisində keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın “Novoya Qazeta” qəzeti Ermənistan hökumətində olan mənbəyə istinadən xəbər verir.

Permyakovun məhkəməsi Ermənistan ərazisində keçirilsə də, onu rusiyalı hakim mühakimə edəcək. Permyakovun cinayət işi ilə bağlı qərar verildikdən sonra isə hərbçi cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.

Bu barədə hələki rəsmi məlumat yoxdur. Lakin tərəflərin danışıqlar zamanı bu barədə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti