Müsəlmanlar aksiya keçirdi: 45 kilsə yandırıldı

Müsəlmanlar aksiya keçirdi: 45 kilsə yandırıldı
  19 Yanvar 2015    Oxunub:2842
Nigerdə həftə sonu Fransanın “Charlie Hebdo” qəzetində Məhəmməd peyğəmbərin karikaturalarının nəşr olunması ilə keçirilən etiraz aksiyalarında 45 kilsə yandırılıb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Bundan əlavə etiraz aksiyalar zamanı 5 nəfərində öldüyü bildirilir.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti