Ukraynada qanlı döyüşlər: Ölənlər var

Ukraynada qanlı döyüşlər: Ölənlər var
  19 Yanvar 2015    Oxunub:1593
Son 24 saat ərzində 3 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində üç qəhrəman hərbçimiz həlak olub, 66 nəfər isə yaralanıb” – deyə yayılan məlumatda bildirilir.

Qeyd edək ki, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti