Azərbaycanlı biznesmen oğurlandı

Azərbaycanlı biznesmen oğurlandı
  19 Yanvar 2015    Oxunub:2069
Rusiyada məşhur azərbaycanlı biznesmen oğurlanıb.
AzVision.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, "ət kralı" adlandırlan Barak Əkbərov Surqut şəhəridə qaçırılıb.

Ət məhsullarının istehsalı ilə məşğul olan 49 yaşlı biznesmenin qaçırılması ilə bağlı artıq cinayət işi açılıb.

Hadisə yanvarın 16-da baş verib. Belə ki, Barak Əkbərov yaxınlarına zəng edərək evə gəldiyini deyib. Lakin nə qədər gözləsələr də o gəlməyib.

İlkin məlumata görə, iş adamı maşınını həyətda saxlayıb. Bu zaman ona bir necə nəfər naməlum şəxs hücum edib və "Moskviç 2141" markalı maşına salaraq aparıblar. Qeyd edilən maşının Azərbaycan vətəndaşına məxsus olduğu deyilir.

Onun maşının yaxınlığında qanlı papaq tapıblar.

Hadisənin Barak Əkbərovun peşəkar fəaliyyəti ilə bağlı ola biləcəyi istisna edilmir.


Teqlər:





Xəbər lenti