Xarici işlər naziri “Twitter”lə sırğasını axtarır - MARAQLI

Xarici işlər naziri “Twitter”lə sırğasını axtarır - MARAQLI
  19 Yanvar 2015    Oxunub:2140
Avstraliyanın xarici işlər naziri Culi Bişop “Twitter” vasitəsilə öz sırğasını axtarır.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, baş nazir sırğasını Sidneyin mərkəzi hissəsi olan “Martin Place”də itirib.

“Salam “Twitter”. Mən öz sırğamı Martin Place-da itirmişəm. Əgər onu tapsanız, sizə minnətdar olaram. Mənimlə 02 62777500 nömrəsilə əlaqə saxlayın”, -deyə nazir sosial şəbəkədə yazıb. Bişop eyni zamanda “Sky News” telekanalına müsahibəsi zamanı çəkilən fotonu da paylaşıb. Onun həmin fotoda qulağında bir sırğa ilə olduğu görünür.

Qeyd edək ki, ölkə əhalisi nazirin xahişini bir mənalı olaraq qarşılamayıb. Belə ki, bir qrup istifadəçi Bişopun hesabının oğurlandığını, digər bir qisim isə onun xahişinin nazirə yaraşmadığını bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti